AZ

ABŞ Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu göndərir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pentaqon Cənubi Çin dənizindən Yaxın Şərqi də əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına aviadaşıyıcı zərbə qrupu göndərir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "NewsNation" telekanalı mənbəyə istinadən məlumat verib.

Telekanal qeyd edir ki, Yaxın Şərqə yola düşən gəmilər arasında "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi, hücum sualtı qayığı və digər gəmilər var. Qrupun köçürülməsi təxminən bir həftə çəkə bilər.

Vaşinqton və Tehran arasında artan gərginlik fonunda Pentaqon aviadaşıyıcı qrupun yerləşdirilməsinə göstəriş verib. İranda kütləvi etirazlar keçirilir və nümayişçilərin aksiyalarını yatırtmağa davam edərsə, ABŞ Prezidenti Donald Tramp İrana qoşun yeridəcəyi ilə bağlı dəfələrlə hakimiyyəti hədələyib. Lakin bir gün əvvəl Tramp İranda etirazçıların öldürülməsinin dayandırıldığını bəyan edib. Bunun İrana qarşı mümkün hərbi əməliyyatlardan imtina demək olub-olmadığı sualına cavabında bildirib ki, Tramp Vaşinqtonun vəziyyətin gedişatını izləməyə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
50
oxu.az

10Mənbələr