AZ

Samir Abasov: “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir. Birinci hissə bunu göstərdi. “Qəbələ” bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir. Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik”.

Samir Abasov uzun müddətdir oynamayan Elvin Camalov və Edvin Kuçu start heyətində meydana buraxmağının risk qərar adlandırılmasına da münasibət bildirib:

“Xeyr, bu, riskli qərar deyildi. Bilirik ki, daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Bu atmosferdə, belə havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı. Elvin buranı tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır. Vensan Abubakar da təcrübəsini göstərdi. O da bizim oyunçumuzdur. İkinci hissədə rəqibə epizod vermədik”.

“İstədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun”

Samir Abasov Abubakarın cari durumundan da söhbət açıb:

“Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyir. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun”.

Samir Abasov 9 tur ərzində cəmi 2 qələbə qazanmalarının “Neftçi” üçün az olduğunu etiraf edib:

“Əlbəttə, bunu qəbul edirəm. Amma biz durmadan təhlillər aparırıq. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsünüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək. Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
22
11
arena.az

10Mənbələr