AZ

Sxadadze: “Neftçi”nin cəmi 2 zərbəsi oldu, ikisi də qol oldu”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

Başa düşürəm ki, Abubakar yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır.

Hamı qeyd edir ki, “Qəbələ” çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsünüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından “Neftçi”dən geri qalmadıq, amma onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən Birinci Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəyəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəyəm, axıra qədər işimin başında olacağam.

Samir Abasovla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
36
3
arena.az

10Mənbələr