AZ

Qurban Qurbanov yenə zəif tempdən şikayətləndi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş oyununda qapılara qol vurulmayıb – 0:0.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün asan oyun olmadı. “Şamaxı” da yaxşı oynadı. Məşqçinin əl işi hiss olunurdu. Sadəcə, daha dinamik matçın keçməsini istərdim. Təəssüf ki, alınmırdı. Rəqibin oyun üslubu elə idi ki, meydanda yerləşməyə rahat imkan olmurdu. Əks-hücumlara sürətli keçirdilər. Oyunun tez-tez dayanması da müəyyən problem yaradırdı. Gərək hakimlərimiz buna ciddi yanaşsınlar, belə olmaz. Bu, bizim xeyrimizə deyil. Avropaya uyğunlaşmaq istəyirik, amma daxili yarışlarda oyunun bu qədər dayanması tempə ciddi təsir edir.

Xallarımızın üzərinə daha bir xal gəldi. Azarkeşlər sağ olsunlar, yenə sona kimi bizi dəstəklədilər. Görünən odur ki, çempionatda mübarizə gərgin keçəcək”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
38
1
arena.az

10Mənbələr