AZ

A Seriyası: “Yuventus” uduzdu, “Roma” zirvəyə şərik çıxdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Verona” – “Kalyari” və “Fiorentina” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Cenoa”nı məğlub yola salıbsa, “Sassuolo”nun qonağı olan “Roma” tək qolla 3 xal qazanıb. “Latsio” da “Yuventus”u xalsız yola salıb.

Beləliklə, geridə qalmış 8 turdan sonra “Napoli” və “Roma”nın 18 xalı var. “Milan” 17 xalla üçüncü pillədə qərarlaşıb. “İnter” 15, “Bolonya” 14, “Komo” 13, “Atalanta”, “Yuventus” və “Udineze” 12 xal toplayıblar.

İtaliya, A Seriyası
8-ci tur

24 oktyabr

Milan – Piza 2:2
Qollar: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1
Qollar: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

Torino – Cenoa 2:1
Qollar: Sabelli, 63-öz qapısına. Maripan, 90 – Torsbi, 7.

Sassuolo – Roma 0:1
Qol: Dibala, 16.

Verona – Kalyari 2:2
Qollar: Qalyardini, 23. Orban, 59 – İdrissi, 77. Feliçi, 90+2.

Fiorentina – Bolonya 2:2
Qollar: Qudmundsson, 74-pen. M.Kin, 90+4-pen – Kastro, 25. Kambyaqi, 52.

Latsio – Yuventus 1:0
Qol: Başiç, 9.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
48
9
arena.az

10Mənbələr