Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, kişilərin yarışında 8-ci turdan təxirə salınmış bir matç baş tutub.
Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşmış görüşdə “Azerreyl” “Xilasedici”ni 3:0 (29:27, 25:22, 25:22) hesabı ilə məğlub edib.
Qadınların mübarizəsində isə 9-cu turun iki görüşü keçirilib. “Turan” “Murov”u 3:0 (25:18, 25:14, 25:19), “DH Volley” isə “Milli Aviasiya Akademiyası”nı 3:0 (25:23, 25:17, 25:21) hesabı ilə üstələyib. İlk qarşılaşma “Murov”un, ikinci matç isə “Milli Aviasiya Akademiyası”ının idman zalında gerçəkləşib.
Yüksək Liqa
16 yanvar
Qadınlar, 9-cu tur
“Murov” – “Turan” 0:3 (18:25, 14:25, 19:25)
“Milli Aviasiya Akademiyası” – “DH Volley” 0:3 (23:25, 17:25, 21:25)
Kişilər, 8-ci turdan təxirə salınmış oyun)
“Azərreyl” – “Xilasedici” 0:3 (27:29, 22:25, 22:25)
