Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində yeddinci oyununa çıxacaq.
Msport.az xəbər verir ki, ağdamlılar Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya)
Hakimlər: Sandro Şarer, Stefan De Almeyda, Yonas Erni, Yohannes von Mandaç
VAR hakimləri: Fedayi San, Lukas Fandrix (hamısı İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu