Dövlət Məşğulluq Agentliyi “Bis CO” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 1 172 589,6 manatdır.
Hüseyn