EN

Said Romero “Xetafe”də – ARENA.AZ

Belçikanın “Brügge” komandasının argentinalı mərkəz müdafiəçisi Said Romero bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi 26 yaşlı futbolçunu icarəyə götürüb. İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna – 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Said Romero 2024-cü ilin iyulundan “Brügge”də çıxış edir. Onun Belçika təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Argentinalı futbolçu 2025/2026-cı illər mövsümündə keçirdiyi 7 oyunda məhsuldar göstərici ilə yadda qalmayıb. Onun Belçika klubunun heyətində ümumi statistikası belədir – 23 oyun, 1 qol.

Müdafiəçi daha əvvəl Argentinanın “Qodoy Krus”, “Estudiantes LP” və Ekvadorun “LDU Kito” klublarında da çıxış edib.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
22
11
arena.az

10Sources