RU

Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı oldu

Türkiyə yanvar-iyun aylarında Gürcüstanın ticarət tərəfdaşları arasında birinci yeri tutub.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Belə ki, iki ölkə arasında ticarət həcmi 1,4 milyard dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% azdır. Bu siyahıda ikinci yeri ABŞ tutub. Gürcüstanın bu ölkə ilə ticarət dövriyyəsi 40,7% artaraq 1,3 milyard dolları ötüb.

Eyni zamanda, bu ilin birinci yarısında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi təqribən 1,3 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.  Beləliklə, Rusiya Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşı olub. Altı ayda onun xarici ticarətin həcmində xüsusi çəkisi 10,7 faiz təşkil edib.

 

Gözəl Azadəliyeva

Избранный
18
36
operativmedia.az

10Источники