İyulun 22-də Tehranda Rusiya, İran və Çin nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O qeyd edib ki, iştirakçılar İslam Respublikasının nüvə proqramını müzakirə edəcəklər.
Diplomatın sözlərinə görə, İran, Rusiya və Çin bir çox beynəlxalq məsələlərdə oxşar mövqelərə malikdir və hər üç ölkə yaxşı münasibətlər saxlayır.
Gözəl Azadəliyeva