RU

Krivotsyuk və komandası final mərhələsinə qələbə ilə başladı

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki ilk oyununda “Pohanq”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası yekunda inamlı qələbəyə sevinib – 2:0.

Anton bu görüşdə 90 dəqiqə meydanda olub.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 34 oyuna topladığı 58 xalla 12 iştirakçı arasında üçüncü yerdə qərarlaşıb. Krivotsyukun komandası 34 oyuna 16 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 26-da iştirak edib, 1 qola imza atıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 88 oyuna çıxıb, 4 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 43 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
23
11
arena.az

10Источники