RU

Raul: “Yamal əngəlləri vurub-yıxan əntiqə bir oyunçudur”

“Real”ın əfsanəsi, ispan kemiş hücumçu Raul Qonsales, “Barselona”nın 18 yaşlı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal haqda fikrini bildirib.

Arena.az Raulun müvafiq fikrini təqdim edir:

“Yamal əngəlləri vurub-yıxan əntiqə bir oyunçudur. Fikrimcə, o, həm klubu və həm də İspaniya yığması üçün çox vacib oyunçu ola biləcək”, deyə Raul vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 7 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 113 oyun, 28 qol və 39 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
13
2
arena.az

10Источники