RU

Ayxan Abbasov: “Əsas odur ki, “Qarabağ”dan xal aldıq”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların “Azərsun Arena”dakı görüşündə qapılara qol vurulmayıb – 0:0.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, “Qarabağ”a qarşı çəkinmədən mübarizə apardılar. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.

Bizim üçün hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz “Qarabağ”la müqayisə ediləsi deyilik. Əsas odur ki, “Şamaxı” adı ilə “Qarabağ”dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. “Qarabağ” çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün önəmlidir.

“Qarabağ” ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, “Qarabağ”da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadılar. Demək olar ki, rəqibə 100 faizlik qol epizodu vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdular”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
19
18
arena.az

10Источники