RU

U-17 millimiz Moldovada qrup sonuncusu oldu - ARENA.AZ

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer almış millimiz Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kişinyovdakı “Zimbru 2” stadionunda keçirilmiş görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

Bununla da Azərbaycan yığması 1 xalla qrupda 4-cü yeri tutub. Xatırladaq ki, U-17 millimiz qrupdakı ilk matçında Fransa yığmasına 0:7 hesabıyla uduzmuşdu. Komandamız 2-ci turda da Kosovoya 0:6 hesabıyla məğlub olmuşdu.

Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 1-ci qrup
30 oktyabr

Azərbaycan – Moldova
Baş hakim: Uqne Şmitayte (Litva).
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya).
Dördüncü hakim: Briet Braqadottir (İslandiya).
Kişinyov. “Zimbru 2” stadionu. Saat 15:00.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
82
49
arena.az

10Источники