RU

Yüksək Liqa: Təxirə salınmış matçda “Xilasedici” sevindi

Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatının (Yüksək Liqa) 1-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə matçında “Gənclər” “Xilasedici” ilə qarşılaşıb.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, kişi voleybolçular arasında Azərbaycan çempionatında 3-cü turun oyunları noyabrın 6-da keçiriləcək.

Yüksək Liqa
1-ci tur
30 oktyabr

“Gənclər” – “Xilasedici” — 0:3 (10:25, 15:25, 19:25)

Yeri gəlmişkən, qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək 6-cı İslam Həmrəyliyi Oyunlarında iştirakını və milli komandaya klublarda çıxış edən məşqçi və voleybolçuların cəlb olunmasını nəzərə alaraq, çempionat oyunları 18 noyabr tarixinədək təxirə salınıb. Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. AVF milli komandamıza İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
57
49
arena.az

10Источники