RU

Premyer Liqa: “Karvan” “Zirə”yə də uduzdu - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Karvan” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Yevlaxlıların bu görüşdə 2 qol vurmalarına baxmayaraq, yekunda paytaxt təmsilçisi əzmkar qələbəyə sevinib.

Günün sonuncu oyununda “Neftçi” “Kəpəz”i qəbul edəcək.

Premyer Liqa
10-cu tur
1 noyabr

“Karvan” – “Zirə” 2:3
Qollar: İmani Barker, 29. Kayl Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

Karvan: 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov

Zirə: 13. Aydın Bayramov 70. Namik Ələskərov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
55
49
arena.az

10Источники