RU

Fərid Atakişiyev milliyə kömək edə bilməyəcək – ARENA.AZ

“Neftçi”nin üzvü Fərid Atakişiyev təlim-məşq toplanışına yığışacaq futzal üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoxlama oyunları keçirəcək futzal millimizin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib. “Neftçi”nin formasını geyinən Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, yanvarın 18-dən 24-dək Bakıda Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət etmişdi. Atakişiyevin siyahıdan çıxarılmasından sonra heyətdə bu oyunçular qalıb:

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”), Kamran Hacıyev (“Neftçi” İK)

Oyunçular: Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Nurlan Məmmədov, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK)

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
15
9
arena.az

10Источники