RU

“Neftçi” Çin klubuna 3 qolla qalib gəldi – ARENA.AZ

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Çinin “Çenqdu Ronqçenq” kollektivi ilə üz-üzə gəliblər.

Dörd qolun qeydə alındığı oyun Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın qollarını Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.

Xatırladaq ki, Yuri Vernidunu rəhbərlik etdiyi komanda daha əvvəl Misir təmsilçisi “Piramids”lə heç-heçə (1:1) edib. Qazaxıstanın “Kayrat” komandası ilə görüşdə isə Azərbaycan təmsilçisi 3:0 hesablı qələbəni bayram edib.

“Neftçi” cari mövsümün geridə qalmış hissəsində topladığı 20 xalla Premyer Liqanın yarış cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda 16 oyunda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyət görüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
9
9
arena.az

10Источники