RU

Super Liqa: “Qalatasaray” xal itirdi, “Başakşəhər” sevindi – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Karagümrük” üzərində qələbəyə sevinib. “Qalatasaray” isə bu turda “Qaziantep”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

18-ci turun qalan görüşləri yanvarın 18-də və 19-da keçiriləcək.

Türkiyə, Super Liqa
18-ci tur
17 yanvar

Başakşəhər – Karagümrük 2:1
Qollar: Şomurodov, 15. O.Şahiner, 87 – Fofana, 75.

Qalatasaray – Qaziantep 1:1
Qollar: B.A.Yılmaz, 84 – Bayo, 73.

18 yanvar

15:30. Kasımpaşa – Antalyaspor
18:00. Gənclərbirliyi – Samsunspor
18:00. Kocaelispor – Trabzonspor
21:00. Alanyaspor – Fənərbağça

19 yanvar

18:00. Konyaspor – Eyüpspor
21:00. Beşiktaş – Kayserispor
21:00. Göztəpə – Rizəspor

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
18
9
arena.az

10Источники