RU

Afrika Millətlər Kubokunda bürünc medalların sahibi bəlli oldu – ARENA.AZ

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) bu gecə bürünc medalların sahibi müəyyənləşib.

Arena.az xəbər verir ki, üçüncü yer uğrunda oyun Kasablankadakı “V Məhəmməd” stadionunda baş tutub.

Həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin edilmiş penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub – 4:2.

Qeyd edək ki, Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.

Xatırladaq ki, yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq. Həlledici görüşdə Mərakeş və Seneqal yığmaları üz-üzə gələcəklər.

Afrika Millətlər Kuboku
Üçüncü yer uğrunda oyun
16 yanvar

Misir – Nigeriya 0:0 (penaltilər 2:4)

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
21
14
arena.az

10Источники