RU

“Qarabağ” “Ayntraxt”ı qəbul edir – YENİLƏNİR

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadonunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” son – 8-ci turda səfərdə “Liverpul”la qarşılaşacaq (29 yanvar). 

Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45.”Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Избранный
39
1
idmanxeber.az

10Источники