AZ

Robben: “Bayern” demək olar ki, məğlubedilməzdir”

“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben Münhen komandasının cari mövsümdəki çıxışını qiymətləndirib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Bayern”də işlər yaxşı gedir. Mənə, onların yatımlı oyunu xüsusilə xoş gəlir. Komanda işləyir, hamı əla müdafiə olunur. “Bayern” demək olar ki, məğlubedilməzdir”, deyə Robben vurğulayıb.

Xatırladaq ki, “Bayern” futbol üzrə Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi 8 oyunun hamısından qələbə ilə ayrılıb. 24 xala malik Münhen təmsilçisi çempionatın itkisiz irəliləyən yeganə komandası və vahid lideridir.

Vensan Kompaninin rəhbərlik etdiyi komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 3 oyundan da qalibiyyətlə ayrılıb. Almaniya nəhəngi ÇL-də itkisiz irəliləyən 5 komandadan biridir.

Ümumiyyətlə, “Bayern” sonuncu məğlubiyyətini bu il iyulun 5-də klublararası dünya çempionatında PSJ-yə qarşı keçirdiyi oyunda alıb – 0:5. Ondan sonra münhenlilər 3 yoxlama oyunundan, 8 çempionat, 1 kubok, 1 super kubok və 3 ÇL oyunundan (bütövlükdə 16 matç) qələbə ilə ayrılıblar.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
23
5
arena.az

10Mənbələr