Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
Çimkənd şəhər stadionunda təşkil olunmuş qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadası idarə edib. Oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilmiş ilk oyunda da Azərbaycan millisi 2:1 hesablı qələbə qazanmışdı.
Yoxlama oyunu
27 oktyabr
Qazaxıstan – Azərbaycan 0:1
Qol: Nigar Mirzəliyev, 82.
Baş hakim: Roziyabonu Yusupova.
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva.
Dördüncü hakim: Gulşoda Saidkulova.
(Hakimlər briqadası Özbəkistandandır)
Çimkənd şəhər stadionu. Saat 13:00.

