“Arsenal” komandası futbol üzrə İngiltərə Premyer Liqasında qazandığı qələbələrin sayına görə ikinci kluba çevrilib.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
London təmsilçisi bunu çempionatın 9-cu turunda “Kristal Pelas”la görüşdə reallaşdırıb. Qarşılaşma “topçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın 700-cü qələbəsi olub. Paytaxt klubu bu göstəricidə yalnız “Mançester Yunayted”dən (760 qələbə) geri qalır.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünə uğurlu başlayıb. Mikel Artetanın baş məşqçisi olduğu kollektiv hazırda 22 xalla turnir cədvəlinə başçılıq edir. Komanda cari mövsümdə keçirdiyi 9 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. “Topçular”ın top fərqi isə 16:3-dür.

