RU

“Qalatasaray”dan Türkiyə Kubokunda növbəti qələbə – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

A qrupunda yer almış “Qalatasaray” “Fəthiyyəspor”la oyundan çətin qələbə ilə ayrılıb. “Alanyaspor” – “Fatih Karagümrük” matçında heç-heçə qeydə alınıbsa, “Başakşəhər” “Boluspor”u məğlub yola salıb.

C qrupunda isə bir görüş baş tutub. “Qaziantep” “Kocaelispor”la ev oyununda rəqibini tək qolla məğlub edib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
13 yanvar

A qrupu
Fəthiyyəspor – Qalatasaray 1:2
Alanyaspor – Fatih Karagümrük 2:2
Başakşəhər – Boluspor 2:1

C qrupu
Qaziantep – Kocaelispor 1:0

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
37
9
arena.az

10Источники