RU

Demçenko: “İrəli getmək üçün edəcəklərimizi öyrənirik” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın digər təmsilçisi “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların sınaq görüşü bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub və “Araz-Naxçıvan”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının cari mövsümünün geridə qalmış hissəsində 26 xal toplayıb və 6-cı sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
6
14
arena.az

10Источники