AZ

ÇL: “Qarabağ” yalnız “Yunion”dan geri qalır

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları geridə qalmış matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın “Yunion” (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi “Atletik” (146) isə üçüncüdür.

Xatırladaq ki, “Qarabağ” ötən gün səfərdə “Atletik”ə uduzub – 1:3. Azərbaycan çempionu daha əvvəl Portuqaliyada “Benfika”ya (3:2), Bakıda isə Danimarkanın “Kopenhagen” kollektivinə (2:0) qalib gəlib. Azərbaycan çempionu ÇL-in Liqa mərhələsinin ilk 3 turundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb. Əsas mərhələdə itkisiz irəliləyən cəmi 5 komanda var. Bunlar 9 xalla şərikli liderlik edən PSJ, “Bayern”, “İnter”, “Arsenal” və “Real”dır.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
5
arena.az

10Mənbələr