RU

Avroliqa: “Fənərbağça” qalib gəldi, “Roma” evdə uduzdu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 3-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Avropanın yaşıl meydanlarında 18 qarşılaşma baş tutub. Türkiyənin “Fənərbağça” komandası evdə “Ştutqart”la (Almaniya) üz-üzə gəlib və yeganə qol sayəsində 3 xala sevinib. İtaliya təmsilçisi “Roma” isə Çexiyanın “Viktoriya” (Jijkov) kollektivini qəbul edib. Üç qolluq bu matçda qonaqlar qələbə qazanıblar.

Avroliqa çərçivəsində növbəti oyunlar noyabrın 4-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur

23 oktyabr

Feyenoord (Niderland) – Panatinaikos (Yunanıstan) 3:1
Zalsburq (Avstriya) – Ferentsvaroş (Macarıstan) 2:3
Fənərbağça (Türkiyə) – Ştutqart (Almaniya) 1:0
Braqa (Portuqaliya) – Srvena Zvezda (Serbiya) 2:0
Olimpik (Lion, Fransa) – Bazel (İsveçrə) 2:0
Styaua (Rumıniya) – Bolonya (İtaliya) 1:2
Qou Ehed İqlz (Niderland) – Aston Villa (İngiltərə) 2:1
Genk (Belçika) – Betis (İspaniya) 0:0
Brann (Norveç) – Reyncers (Şotlandiya) 3:0
Roma (İtaliya) – Viktoriya (Jijkov, Çexiya) 1:2
Lill (Fransa) – PAOK (Yunanıstan) 3:4
Seltik (Şotlandiya) – Şturm (Avstriya) 2:1
Makkabi (Təl-Əviv, İsrail) – Midtyulland (Danimarka) 0:3
Yanq Boys (İsveçrə) – Ludoqorets (Bolqarıstan) 3:2
Frayburq (Almaniya) – Utrext (Niderland) 2:0
Nottingem Forest (İngiltərə) – Portu (Portuqaliya) 2:0
Selta (İspaniya) – Nitsa (Fransa) 2:1
Malmö (İsveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
40
10
arena.az

10Источники